Teatrın bədii rəhbəri: "Repertuardan çıxarılan bir neçə tamaşa gələcəkdə yenidən bərpa ediləcək"

Teatrın bədii rəhbəri: "Repertuardan çıxarılan bir neçə tamaşa gələcəkdə yenidən bərpa ediləcək" Azərpaşa Nemət: "Əl-ələ verib çalışmaq lazımdır"
İncəsənət
11 Sentyabr , 2015 19:42
Teatrın bədii rəhbəri: Repertuardan çıxarılan bir neçə tamaşa gələcəkdə yenidən bərpa ediləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında növbəti mətbuat konfransı 2016-cı ilin əvvəlində keçiriləcək. "Report"un məlumatına görə, bunu teatrın bədii rəhbəri və baş rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Azərpaşa Nemət bu gün keçirdiyi mətbuat konfransında bildirib.  

"Sentyabrın 18-də mövsümü açırıq. Mən rəhbər kimi ilk dəfə yeni teatr mövsümünü açacam. Əl-ələ verib çalışmaq lazımdır. Mətbuat intriqa, döyüş yeri deyil. Yazılarınızı sevgi ilə yazın, sevgi ilə yanaşın. Repertuardan çıxarılan bir neçə tamaşa gələcəkdə yenidən bərpa ediləcək. Amma onu deyim ki, mən keçmişə qayıtmağı sevən adam deyiləm. Teatrda keçmişdə nümayiş edilən, amma bu gün repertuaradan çıxarılan tamaşalar çoxdur. Həmin tamaşaların arasında mənim quruluşumda olan "Hamlet" tamaşası da var. Bir çox tamaşaları bərpa etmək olar. Amma tamaşanı yenidən bərpa etmək əvvəlki effekti vermir axı? Məsələn, "Hamlet"də rəhmətlik Səyavuş Aslan, Yaşar Nuri oynayırdı. Hər ikisi mənim yaxın dostlarım olublar. İndi onları mən haradan tapım? Həmin rollar onların ifasında oynanıldı və o tamaşa tarixdə qaldı. Oktyabrın 3-də Böyük Britaniyanın "Qlobus" Teatrı "Hamlet" tamaşası ilə teatrın səhnəsində çıxış edəcək. Mən bütün mətbuat nümayəndələrini həmin tamaşaya baxmağa dəvət edirəm. Gəlib baxın və bizim tamaşa ilə müqayisə edin. Yaradıcı məsələlər ətrafında danışaq, fikir mübadiləsi edək. Bu, daha gözəldir, nəinki qalmaqal, şou yaratmaq", - o qeyd edib.  

Son xəbərlər

Orphus sistemi