Azərbaycanlı şagirdlər Tbilisidə keçirilən film festivalında qalib olublar

Azərbaycanlı şagirdlər Tbilisidə keçirilən film festivalında qalib olublar Bakı. 2 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə The Georgian Institute of Public Affairs Universiteti və Amerikanın bu ölkədəki səfirliyinin birgə təşkilaçılığı ilə keçirilən “GIPA Docu film festivalında azərbaycanlı şagirdlərdən ibarət komandalar qalib gəliblər.
İncəsənət
2 Dekabr , 2018 17:28
Azərbaycanlı şagirdlər Tbilisidə keçirilən film festivalında qalib olublar

Bakı. 2 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə "The Georgian Institute of Public Affairs" Universiteti və Amerikanın bu ölkədəki səfirliyinin birgə təşkilaçılığı ilə keçirilən “GIPA Docu" film festivalında azərbaycanlı şagirdlərdən ibarət komandalar qalib gəliblər.

“Report” xəbər verir ki, "Gipa Media Lab" layihəsi Gürcüstanın Maruneli və müxtəlif kəndlərində yaşayan məktəblilər üçün 3 aylıq multimedia təlimləri təşkil edib.

Təlimin sonunda onlar öz filmlərinin qısa təqdimatını hazırlayıblar. Həmçinin, 70-ə yaxın şagird Tbilisiyə dəvət edilərək, festivaldan öncə təlimlərə cəlb ediliblər.

Onlara təqdimat bacarıqları, multimedia, internet texnologiyaları ilə bağlı 3 gün təlim keçirilib.

Dünən GIPA-da festivalın yekun mərasimi keçirilib. Komandlar münsiflər qarşında filmlərinin qısa təqdimatını ("Trailer") edib.

Marneulinin Sadaxlı kəndinin şagirdlərinin “The letter to my friend” (Dostuma məktub) və Aşağı Saral kəndinin qızlardan ibarət komandasının “You are a girl, so you can never make it!” (Sən qızsan və bacara bilməzsən) filmləri münsiflər tərəfindən böyük maraqla qarşılanaraq 4 qalib layihə arasında olub.

Qalib komandlar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, "Gipa Media Lab"   layihəsi həm də ucqar bölgələrdə yaşayan şagirdlər üçün ödənişsiz təhsil imkanı da yaradır. Belə ki, Səma Həsənova və Namiq Abdullayev "Gipa Media Lab" layihəsinə qoşularaq GIPA-da ödənişsiz bakalavr təhsili almaq imkanı qazanıb. Layihədə iştirak edən Marneulidə yaşayan azərbaycanlı Əli Qəniyev və Əziz Qəniyevin hazırladığı “Aşağı Saral kəndində gənc olmaq” filmi Moldovada təşkil edilən ADAMI Media Prize 2018 mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi