Azərbaycanlı rəssamlar Tbilisidə keçirilən beynəlxalq incəsənət sərgisində iştirak edirlər

Azərbaycanlı rəssamlar Tbilisidə keçirilən beynəlxalq incəsənət sərgisində iştirak edirlər "Artisterium" illik beynəlxalq müasir incəsənət sərgisi noyabrın 14-dək davam edəcək
İncəsənət
1144
6 Noyabr , 2017 12:02
Azərbaycanlı rəssamlar Tbilisidə keçirilən beynəlxalq incəsənət sərgisində iştirak edirlər
Вестник Кавказа

Bakı. 6 noyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə 10-cu "Artisterium" illik beynəlxalq müasir incəsənət sərgisi keçirilir. 

Bu barədə "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir.

"Artisterium" Cənubi Qafqazda müasir incəsənətə həsr olunmuş ən böyük sərgidir.

Bu il "Artisterium" ənənəvi olaraq gürcüstanlı və xarici rəssamların sərgilərini, eləcə də müxtəlif təhsil və mədəni proqramları təqdim edəcək. Sərgidə Gürcüstan, Rusiya, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Almaniya, eləcə də Azərbaycan və Türkiyədən olan rəssamlar iştirak edirlər.

Sərgi vizual incəsənət, sənətkarlıq və dizayn dialoquna, eləcə də onların əlaqələrinə, bir-birinə çevrilməsinə və bu kontekstdə yeni formaların axtarışına həsr olunub.

"Artisterium" noyabrın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi