Azərbaycanlı rəssamın əsərləri Bolqarıstanda keçirilən sərgidə nümayiş olunur

Azərbaycanlı rəssamın əsərləri Bolqarıstanda keçirilən sərgidə nümayiş olunur Plovdiv şəhərində “Altaylardan Balkanlara Türk Dünyası” adlı rəsm sərgisi açılıb
İncəsənət
2 Noyabr , 2017 19:26
Azərbaycanlı rəssamın əsərləri Bolqarıstanda keçirilən sərgidə nümayiş olunur
Report

Sofiya. 2 noyabr. REPORT.AZ/ Bolqarıstanın Plovdiv şəhərində “Altaylardan Balkanlara Türk Dünyası” adlı rəsm sərgisi açılıb. 

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, açılışına TÜRKSOY-un baş katibi Dusen Kaseinovun da qatıldığı sərgidə TÜRKSOY və Balkan dövlətlərini təmsil edən rəssamların 30-dan çox əl işi nümayiş etdirilir. 

Azərbaycan sərgidə rəssam Rəşad Mehdiyevin “Çanaqqala düşüncələri-3” tablosu ilə təmsil olunur. Dünyanın 28 ölkəsinin 100-dən çox şəhərində nümayiş olunan sərgi ziyarətçilərə türk dünyası ilə yaxından tanış olmağa imkan yaradır. Tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstandan olan musiqiçilərin ifasında türk dünyasının musiqi əsərlərinin yer aldığı konsert proqramı ilə davam edib. TÜRKSOY, Türkiyənin Plovdiv şəhərindəki Konsulluğu və “Trakart” mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi noyabrın 15-dək davam edəcək. 

Qeyd edək ki, Plovdiv şəhəri 2019-cu il Avropanın mədəniyyət paytaxtı elan olunub. 

Son xəbərlər

Orphus sistemi