Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda seçilmiş filmlərin siyahısına daxil edilib

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda seçilmiş filmlərin siyahısına daxil edilib Mikayıl Mikayılovun çəkdiyi "Fenomen" qısametrajlı filmi Avstaliyada keçirilən "Sidney Beynəlxalq Film Festivalı"nın ilk mərhələsindən keçib
İncəsənət
23 İyun , 2016 13:10
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda seçilmiş filmlərin siyahısına daxil edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Gənc rejissor Mikayıl Mikayılovun çəkdiyi "Fenomen" qısametrajlı filmi Avstaliyada keçirilən "Sidney Beynəlxalq Film Festivalı"nın ilk mərhələsindən keçərək, seçilmiş filmlərin siyahısına daxil edilib.

Bu barədə "Report"a filmin rejissoru Mikayıl Mikayılov məlumat verib.

Rejissorun sözlərinə görə, nüfuzlu kino festivalda 100-dən çox film nümayiş etdirilir.

"Fenomen" adlı 24 dəqiqəlik qısametrajlı film 4 hissəli kaledoskopdur. 2014-cü ildə çəkilən qısametrajlı filmin ilk nümayişi Moskvada olub.

Qeyd edək ki, Mikayılov Mikayılov Rusiyanın Novosibirsk vilayət teatrında çalışır. O, Akademik Milli Dram Teatrı və "YUĞ" Dövlət Teatrında tamaşalara quruluş verib.

Son xəbərlər

Orphus sistemi