Azərbaycanlı rejissorlar "VII Rofife Rotary" Qısa Film Festivalında iştirak edib

Azərbaycanlı rejissorlar "VII Rofife Rotary" Qısa Film Festivalında iştirak edib Festival Türkiyədə keçirilib
İncəsənət
1 Aprel , 2015 15:12
Azərbaycanlı rejissorlar VII Rofife Rotary Qısa Film Festivalında iştirak edib

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin Antalya şəhərində "VII Rofife Rotary" Qısa Film Festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalda Azərbaycanı "fəxri qonaq" qismində tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil edib.

Festival çərçivəsində A.Salayev tərəfindən festival iştirakçıları üçün ustad dərsi təşkil olunub, Akdeniz Universitetində "Keçmişdən günümüzə Azərbaycan kinosu" mövzusunda keçirilən konfransda azərbaycanlı rejissorlar Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi