Azərbaycanlı müğənni Parisdə konsert verəcək

Azərbaycanlı müğənni Parisdə konsert verəcək Konsert proqramı Parisin "Pixel" Teatrında baş tutacaq
İncəsənət
6 Yanvar , 2018 13:35
Azərbaycanlı müğənni Parisdə konsert verəcək

Paris. 6 yanvar. REPORT.AZ/ Azərbaycanlı müğənni Təranə Monbarbut Parisdə konsert proqramı ilə çıxış edəcək. 

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, “Azərbaycanın ruhu” adlanan konsert proqramı 21 yanvar, 4 və 11 fevral, 18 mart və 8 aprel tarixlərində Parisin "Pixel" Teatrında baş tutacaq.

T.Monbarbut Azərbaycan və fransız dillərində ifa edəcəyi 15 musiqi ilə fransalı musiqisevərləri Odlar diyarına musiqili, virtual səyahətə dəvət edəcək.

Son xəbərlər

Orphus sistemi