Azərbaycanlı cazmenin yubileyi keçiriləcək

Azərbaycanlı cazmenin yubileyi keçiriləcək Vaqif Mustafazadə 75 illik yubileyində yad ediləcək
İncəsənət
5 Mart , 2015 18:52
Azərbaycanlı cazmenin yubileyi keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Martın 16-da görkəmli musiqiçi, cazmen Vaqif Mustafazadənin 75 yaşı tamam olur. Bu münasibətlə aprelin 10-da Heydər Əliyev Sarayında yubiley gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yubiley tədbirində Vaqif Mustafazadənin zəngin musiqi irsindən söhbət açılacaq, caz musiqiləri səslənəcək.

Qeyd edək ki, Vaqif Mustafazadənin yaradıcılığı XX əsr Azərbaycan milli musiqi mədəniyyəti tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

Son xəbərlər

Orphus sistemi