Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq
İncəsənət
2 Sentyabr , 2017 11:26
Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

"Report" xəbər verir ki, konsertin noyabrın 17-də keçiriləcək birinci hissəsində cazmen, Azərbaycanın əməkdar artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Ş.Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Son xəbərlər

Orphus sistemi