Azərbaycanlı aktyorun çəkildiyi İran filmi gələn il təqdim olunacaq

Azərbaycanlı aktyorun çəkildiyi İran filmi gələn il təqdim olunacaq Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə təqdim olunacaq.
İncəsənət
103
24 Noyabr , 2017 21:06
Azərbaycanlı aktyorun çəkildiyi İran filmi gələn il təqdim olunacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə təqdim olunacaq.

Teatrdan "Report"a verilən məlumata görə, “Sərhəd” (“Arpa çayı - ayrılıq nəğməsi”) adlanan tammetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. 

İranın “Günəşfilm” studiyasında istehsal olunan ekran işində Ə.Dadaşov baş rolu - Aydın obrazını canlandırır.

O qeyd edib ki, filmin quruluşçu rejissor və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən biri olan Ali Abdalidir: "Ssenari dinamik, gözlənilməz olaylarla zəngindir. Filmdə digər dramatik hadisələrlə yanaşı, mənim oynadığım obrazın həm də sevgi tarixçəsi paralel xətt kimi təqdim olunur. Aydınla Aynaz bir-birlərini dəli kimi sevirlər. Amma sanki bütün dünya bu sevgiyə qarşıdır. Onların nə zamansa qovuşa biləcəkləri xəyal kimi görünür. Filmdə mənimlə yanaşı, Teatrımızın daha bir aktyoru Elxan İsmayılov əsas rollardan biri olan komandir obrazını canlandırır”.

Qeyd edək ki, gənc aktyor Ə.Dadaşov Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun - Baladadaş obrazının ifaçısı kimi tamaşaçılara yaxşı tanışdır. O, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi