Azərbaycanın xalq mahnısı Fransada keçirilən konsertdə tanınmış müğənninin ifasında səsləndirilib

Azərbaycanın xalq mahnısı Fransada keçirilən konsertdə tanınmış müğənninin ifasında səsləndirilib Paris. 22 yanvar. REPORT.AZ/ Fransanın Garş şəhərində keçirilən konsertdə Rusiya Federasiyasının Marinskiy Teatrının solisti, bu ölkədə yaşayan tatar mənşəli azərbaycanlı opera müğənnisi Timur Abdıkeyev ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin“ səsləndirilib.
İncəsənət
2542
22 Yanvar , 2019 09:24
Azərbaycanın xalq mahnısı Fransada keçirilən konsertdə tanınmış müğənninin ifasında səsləndirilib

Paris. 22 yanvar. REPORT.AZ/ Fransanın Garş şəhərində keçirilən konsertdə Rusiya Federasiyasının Marinskiy Teatrının solisti, bu ölkədə yaşayan tatar mənşəli azərbaycanlı opera müğənnisi Timur Abdıkeyev ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin“ səsləndirilib.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, konsert Fransanın Garş şəhər meriyasının təşkilatçılığı ilə şəhərin Mədəniyyət mərkəzində baş tutub. Timur Abdıkeyev Azərbaycanın xalq mahnısı ilə yanaşı, dünyaşöhrətli məşhur operalardan parçalar ifa edib. Timur Abdikeyev Fransanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə öz zəngin repertuarına Azərbaycan musiqilərini daxil etməklə, Azərbaycan musiqisini fransalılara tanıtdıran və öz möhtəşəm səsi ilə onlara sevdirən müğənnilərdəndir.

Son xəbərlər

Orphus sistemi