Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, ustad tarzən Ramiz Quliyev xaricə konsert verməyə gedəcək.
Bu barədə "Report"a açıqlamasında R.Quliyev özü məlumat verib.
Səfər yanvarın 10-dan sonra baş tutacaq. Lakin O. hansı ölkədə konsert verəcəyini açıqlamayıb.
Xalq artisti 2015-ci ilin martından "Muğam aləmi" adlı Beynəlxalq Muğam Festivalının keçiriləcəyini də bildirib. Həmçinin, mart ayında növbəti televiziya muğam festivalı başlanacaq.
R.Quliyev 2014-cü ildə 8 yaşlı nəvəsinin konsert verdiyini də ilk dəfə açıqlayıb.