Azərbaycanın iki baletmeysteri Qırğızıstanda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanın iki baletmeysteri Qırğızıstanda beynəlxalq festivalda iştirak edəcək Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV beynəlxalq balet festivalı keçiriləcək
İncəsənət
10 May , 2016 16:17
Azərbaycanın iki baletmeysteri Qırğızıstanda beynəlxalq festivalda iştirak edəcək

Bakı. 10 may. REPORT.AZ/ A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında mayın 15-dən 21-dək IV beynəlxalq balet festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunub.

Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı, Azərbaycan da nümayəndələr iştirak edəcək.

Festivalda Azərbaycanı Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri – xalq artisti Gülağası Mirzəyev və əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər.

Opera və Balet Teatrının solistləri festival çərçivəsində baş tutacaq qala-konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən səhnələrlə çıxış edəcəklər. 

Son xəbərlər

Orphus sistemi