Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün görkəmli müğənni, Azərbaycan və SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
"Report" xəbər verir ki, bu barədə məlumatı
Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın qəbri üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.
Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, görkəmli sənətkar ifaçılıqla yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: "Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı əbədiyaşar Mahnı Teatrı var. Teatr unudulmaz sənətkarın adını yaşadır. Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin bir mərhələsini təşkil edir".
Vurğulanıb ki, ifa etdiyi mahnılar, yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir. Prezident
Sənətkarın ailə üzvləri ziyarətə qatılan hər kəsə dərin təşəkkürlərini bildiriblər.
Həmin gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış edib. Proqramda böyük musiqiçinin repertuarından musiqilər səslənib, Tofiq Quliyev, Niyazi, Arif Məlikov və başqa bəstəkarların əsərləri ifa olunub. Vaxtilə Rəşid Behbudovun ifasında sevilərək əbədilik qazanmış mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. Orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərovdur.



