Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Nofəl Vəliyev Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri" mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, Nofəl Vəliyevə "Ən yaxşı rejissor" mükafatı təqdim edilib.
O, Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı tamaşaya görə, mükafata layiq görülüb.
Xatırladaq ki, səhnə əsərinin işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlıdır.
Tamaşada rolları teatrın aktyorları Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür ifa edib.