Azərbaycanın əməkdar artisti Moldovada tamaşa hazırlayıb

Azərbaycanın əməkdar artisti Moldovada tamaşa hazırlayıb Səhnə əsərinin premyerası avqustun 28-də olacaq
İncəsənət
119
17 Avqust , 2016 13:07
Azərbaycanın əməkdar artisti Moldovada tamaşa hazırlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov Moldovanın Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında tamaşa hazırlayıb.

Bu barədə "Report"a Nicat Kazımov məlumat verib.

Onun sözlərinə görə, görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında səhnəyə qoyulan tamaşanın premyerası avqustun 28-də olacaq: "Tamaşanın məşqləri bir aydır davam edir və avqustun 28-də təhvil verəcəyik. Əsərdə teatrın 7 aktyoru çıxış edir. Azərbaycandan olan tamaşaçıları da Moldovaya dəvət edirəm. Kim maraqlansa, Moldovanın Qaqauz Milli Teatrına gəlib, tamaşaya baxa bilər".

Xatırladaq ki, N.Kazımov Moldovanın Qaqauz Yeri Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvəti ilə Moldovaya gedib və tamaşa hazırlayıb.

Son xəbərlər

Orphus sistemi