​Azərbaycanın “Dostluq” ordeni görkəmli bəstəkar Murad Kajlayevə təqdim olunub

​Azərbaycanın “Dostluq” ordeni görkəmli bəstəkar Murad Kajlayevə təqdim olunub Ordeni bəstəkara Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu verib
İncəsənət
17 Yanvar , 2016 19:55
​Azərbaycanın “Dostluq” ordeni görkəmli bəstəkar Murad Kajlayevə təqdim olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə görkəmli bəstəkar, SSSR-i xalq artisti Murad Kajlayevi “Dostluq” ordeni ilə təltif edib.

"Report" xəbər verir ki, prezident İlham Əliyevin tapşırığı ilə ordeni Murad Kajlayevə təqdim etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mahaçqala şəhərinə səfər edib.

Yubiley tədbirində ordeni Murad Kajlayevə təqdim edən səfir, prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd olur ki, M.Kajlayev ailəsi Azərbaycanın elm, təhsil, səhiyyə və mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Bakı ziyalılarının nəslinə məxsusdur. Murad Kajlayevin Dağıstanın müasir musiqi sənətinin formalaşması istiqamətində çoxşaxəli fəaliyyəti öz xalqına xidmətin bariz nümunəsidir və onun rəhbərlik etdiyi Mahaçqaladakı xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsi ənənələrinin qorunub saxlanılması kimi unikal missiyanı həyata keçirir.

Azərbaycan Respublikasının dövlət mükafatını qəbul edən Murad Kajlayev onun fəaliyyətinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib. İlk əsərini məhz Bakıda peşəkar səhnədə ifa etdiyini xatırlayan M.Kajlayev hər zaman qəlbinin hökmü ilə musiqi yazdığını və bütün həyatı boyu öz Vətəninə xidmət etdiyini söyləyib.

Səfər çərçivəsində səfir Polad Bülbüloğlu Murad Kajlayevin rəhbəri olduğu xüsusi istetadlı uşaqlar üçün incəsənət məktəbində yaradılmış şəraitlə tanış olub, ona məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi