Azərbaycanın caz ustaları Rio-de-Janeyroda konsert veriblər

Azərbaycanın caz ustaları Rio-de-Janeyroda konsert veriblər Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın caz ustaları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyada avqustun 22-dən başlanan proqramın davamı olaraq Rio-de-Janeyro şəhərinin Blue Note konsert zalında avqustun 30-da onuncu konsertlərini veriblər.
İncəsənət
31 Avqust , 2018 20:11
Azərbaycanın caz ustaları Rio-de-Janeyroda konsert veriblər

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın caz ustaları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyada avqustun 22-dən başlanan proqramın davamı olaraq Rio-de-Janeyro şəhərinin Blue Note konsert zalında avqustun 30-da onuncu konsertlərini veriblər. 

"Report" xəbər verir ki, Blue Note konsert zalında baş tutan konsert, San Pauloda keçirilmiş üç konsert və bir ustad dərsi kimi yerli auditoriya tərəfində çox böyük maraqla qarşılanıb.

Konsertə Rio-de-Janeyro şəhərin meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.

Qeyd edək ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən caz ustalarının səfəri bu ilin 21-31 avqust tarixlərində həyata keçirilib və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Keçirilmiş konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında il boyu yayımlanacaq. Həmçinin konsertlər albom şəkilində dünya miqyaslı dicital platformalarda yerləşdiriləcək.     

Son xəbərlər

Orphus sistemi