Azərbaycanın caz musiqisi Parisin məşhur klubunda səsləndirilib

Azərbaycanın caz musiqisi Parisin məşhur klubunda səsləndirilib Azərbaycanlı sənətçi Etibar Əsədlinin ifasında Azərbaycan caz musiqisi Parisin məşhur “Le Baiser sale” klubunda səsləndirilib.
İncəsənət
31 Yanvar , 2023 14:23
Azərbaycanın caz musiqisi Parisin məşhur klubunda səsləndirilib

Azərbaycanlı sənətçi Etibar Əsədlinin ifasında Azərbaycan caz musiqisi Parisin məşhur “Le Baiser sale” klubunda səsləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, konsertdə Etibar Əsədli cazla muğamın sintezi, həmçinin Azərbaycan mahnılarının melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında incəliklə harmoniyalaşdırılmış proqramla çıxış edib.

Proqrama “Qara qaşın vəsməsi”, “Jamming Mugham”, “Laylay”, “Sarı Gəlin” və digər kompozisiyalar daxil edilib.

Azərbaycan musiqilərini basda Ranto Rakotomalala, zərb alətlərində Tilo Berthol, Fransua Konstantən ifa ediblər.

Qeyd edək ki, Bakı və Parisdə musiqi təhsili alan Etibar Əsədli beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Almaniya, Portuqaliya, Rusiya, Türkiyə, Cənubi Koreya, Çin və digər ölkələrdə konsertlər verib.

Son xəbərlər

Orphus sistemi