"Azərbaycanfilm" kinostudiyasında yeni film çəkiləcək

"Azərbaycanfilm" kinostudiyasında yeni film çəkiləcək Hazırda filmin rejissor ssenarisi üzərində iş gedir
İncəsənət
6 Oktyabr , 2015 16:45
Azərbaycanfilm kinostudiyasında yeni film çəkiləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yeni film çəkiləcək.

"Report" xəbər verir ki, filmin rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyevdir. Hələlik şərti adı "Həddən artıq uyğunluq" olan film dövlət sifarişilə çəkiləcək. Hazırda filmin rejissor ssenarisi üzərində yaradıcılıq işi aparılır.

Xatırladaq ki, bu film əsasən klipmeyker kimi tanınan rejissor Ülviyyə Könülün kinoda ikinci böyük işi olacaq. Onun birinci filmi "Vəkil hanı?" adlanır. 

Son xəbərlər

Orphus sistemi