“Azərbaycanfilm” kinostudiyasında “Müasir kinematoqrafda rəssam işi” mövzüsunda mühazirə təşkil olunacaq

“Azərbaycanfilm” kinostudiyasında “Müasir kinematoqrafda rəssam işi” mövzüsunda mühazirə təşkil olunacaq Mühazirəni Moskva Ali Kino Məktəbinin “Quruluşçu rəssam” proqramının kuratoru aparacaq
İncəsənət
10 Noyabr , 2015 20:51
“Azərbaycanfilm” kinostudiyasında “Müasir kinematoqrafda rəssam işi” mövzüsunda mühazirə təşkil olunacaq

Bakı. 10 noyabr. REPORT.AZ/ "Azərbaycanfilm" kinostudiyasında beynəlxalq kino industriyasında böyük nüfuza malik, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin kuratoru, həmyerlimiz Əddis Hacıyevin “Müasir kinematoqrafda rəssam işi” mövzüsunda mühazirəsi təşkil olunacaq.

"Report" xəbər verir ki, noyabrın 12-də "Azərbaycanfilm" kinostudiyasında təşkil edilən mühazirəyə kino, televiziya və reklam sahəsində çalışan rəssamlar, dekor, kostyum və qrim ustaları, rekvizit mütəxəssiləri və bu sahəyə peşəkar maraq göstərən hər bir rəssam qatıla bilər.

Mühazirədə aşağıdakı mövzular işıqlandırılacaq:

Rəssam qrupunun tərkibinin, işinin və məsuliyyət dairəsinin müəyyən olunması

Müasir film istehsalında layihənin bədii həlli termini

Rəssam qrupunun işə başlaması üçün zəruri olan şərtlər və işin təhvil verilmə qaydası

Rəssamın prodüser, icraçı prodüser, rejissor və ikinci rejissor ilə səmərəli ünsiyyətinin qurulması prinsipləri

Qeyd edək ki, Əddis Hacıyev Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Kinemotoqrafçılar İttifaqının İdarə Heyəti, Rusiya Dizaynerlər İttifaqının üzvü, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin nəzdindəki Moskva Ali Kino Məktəbinin “Quruluşçu rəssam” proqramının kuratorudur.

1979-1983-cü illərdə Əzim Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1983-1991-cü illərdə Gerasimov adına Ümumrusiya Kinemotoqrafiya Universitinin “Rəssamlıq” fakültəsində təhsil alıb.

Filmoqrafiyasına “Günümüzün qəhrəmanı”, “Əsirlik”, “Yay yağışı”, “Qaranlıq otaq”, “Prezident və onun qadını”, “Ev”, “Keçmiş həyata məktublar”, “Sadəlövh”, “Tələ” və sair filmlər daxildir.

“Ən yaxşı rəssam işi” nominasiyasında bir çox beynəlxalq film festivallarının nominantı və qalibidir.

Son xəbərlər

Orphus sistemi