"Azərbaycanfilm"in direktoru beynəlxalq mükafata layiq görülüb

"Azərbaycanfilm"in direktoru beynəlxalq mükafata layiq görülüb Müşfiq Hətəmov bu mükafatı "Nabat" filminin prodüsseri kimi qazanıb
İncəsənət
26 Yanvar , 2015 14:24
Azərbaycanfilmin direktoru beynəlxalq mükafata layiq görülüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında “Nabat” bədii filminə görə münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatını qazanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Müşfiq Hətəmov bu mükafatı "Nabat" filminin prodüsseri kimi qazanıb.

Film Hindistanda keçirilən festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüsseri Arif Səfərov, prodüsseri Müşfiq Hətəmovdur. 

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi