Azərbaycandakı teatrlardan birinə baş rejissor təyinatı olub

Azərbaycandakı teatrlardan birinə baş rejissor təyinatı olub Bununla bağlı mədəniyyət və turizm naziri əmr imzalayıb
İncəsənət
198
19 Noyabr , 2014 10:33
Azərbaycandakı teatrlardan birinə baş rejissor təyinatı olub
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan mədəniyyət və turizm nazirinin əmri ilə İradə Gözəlova Gəncə Dövlət Dram Teatrına baş rejissor təyin edilib. 

Bu barədə "Report"a rejissorun özü məlumat verib.

İ.Gözəlova bu günədək Gəncə Dövlət Teatrında bir sıra tamaşalar hazırlayıb. Onun quruluş verdiyi tamaşalar bir çox yerli və beynəlxalq festivallarda təmsil olub. İ.Gözəlova Azərbaycanın müxtəlif teatrlarında da tamaşalara quruluş verib.

Qeyd edək ki, Gəncə Teatrının keçmiş baş rejissoru Gümrah Ömər idi.

Son xəbərlər

Orphus sistemi