Azərbaycanda son 10 ildə fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin sayı açıqlanıb

Azərbaycanda son 10 ildə fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin sayı açıqlanıb Nazir: "Prezident İlham Əliyev 10 il ərzində 800-dən çox mədəniyyət işçisini təltif edib, 30-dan çox əməkdaşımıza fəxri fərmanlar verib"
İncəsənət
29 Yanvar , 2016 11:35
Azərbaycanda son 10 ildə fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin sayı açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyev 10 il ərzində 800-dən çox mədəniyyət işçisini təltif edib, 30-dan çox əməkdaşımıza fəxri fərmanlar verib".

"Report"un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunan tədbirdə nazir Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ötən 10 il ərzində dövlət başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam və fərman imzalayıb: "Azərbaycan mədəniyyəti hər zaman yüksəkdə olub. Bu il Azərbaycanda bir neçə nüfuzlu mədəniyyət tədbirləri, forumlar keçiriləcək".

Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyi münasibətilə hazırlanan kitabın və YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan kəlağayının və tarın disk və fayl şəklində təqdimatı keçirilib.

Son xəbərlər

Orphus sistemi