Azərbaycanda Paris sülh konfransına göndərilmiş nümayəndə heyətindən bəhs edən yeni film çəkilir

Azərbaycanda Paris sülh konfransına göndərilmiş nümayəndə heyətindən bəhs edən yeni film çəkilir Məqsəd əbədi ezamiyyət əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir
İncəsənət
1 Sentyabr , 2015 20:37
Azərbaycanda Paris sülh konfransına göndərilmiş nümayəndə heyətindən bəhs edən yeni film çəkilir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı Media Mərkəzində yeni filmin çəkilişlərinə başlanılıb. Gənc rejissorlar Fariz Əhmədov və Vüqar İslamzadənin birgə çəkdikləri ekran əsəri "Qərib məzarlar" adlanır. Bu barədə "Report"a filmin rejissorlarından Fariz Əhmədov məlumat verib.

Hələlik şərti adı “Qərib məzarlar” olan yeni bədii-sənədli filmin çəkilişləri davam edir. Gənc rejissorun sözlərinə görə, layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albomun nəşr etdirilməsi planlaşdırılır.

Layihə çərçivəsində Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin qəribə taleyinə həsr olunmuş sənədli film hazırlanacaq. Məlum olduğu kimi, nümayəndə heyətinin gərgin və fədakar əməyi sayəsində 1920-ci ilin yanvarında Azərbaycan Respublikasının müstəqilliyi de-fakto tanınıb, lakin həmin ilin aprelində XI Qızıl Ordunun müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət bolşeviklərə təhvil verilib. Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ömürlərinin sonuna qədər Vətənə dönə bilməyiblər. Lakin elə ömürlərinin sonuna qədər də Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb, bu yolda hər cür əzab-əziyyətə və məhrumiyyətə dözüblər. Paris, Moskva, Sankt-Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi əbədi ezamiyyət əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir. 

Son xəbərlər

Orphus sistemi