Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan rəqqasları Asiya-Pasifik Yayım Birliyi Beynəlxalq Rəqs Festivalında iştirak edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda keçirilən festivalda Azərbaycanla yanaşı Əfqanıstan, Özbəkistan, Maldiv, Malayziya, Fici, Filippin, İndoneziya və Hindistan təmsilçiləri qatılıb.
Festivalın qapanış mərasimində 2 min tamaşaçı iştirak edib.