Azərbaycan Moskvada keçirilən "İntermuzey-2017" sərgisində Vaqif Mustafazadənin ev-muzeyini təqdim edib

Azərbaycan Moskvada keçirilən "İntermuzey-2017" sərgisində Vaqif Mustafazadənin ev-muzeyini təqdim edib Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Azərbaycanın ekspozisiyası ilə tanış olub
İncəsənət
25 May , 2017 14:51
Azərbaycan Moskvada keçirilən İntermuzey-2017 sərgisində Vaqif Mustafazadənin ev-muzeyini təqdim edib
Report.az

Moskva. 25 may. REPORT.AZ/ Moskvada "Manej" Mərkəzi Sərgi Salonunda XIX Beynəlxalq "İntermuzey-2017" Festivalı açılıb. 

"Report"un Rusiya bürosunun məlumatına görə, "İntermuzey-2017" sərgisində Rusiyadan, yaxın və uzaq xaricdən olan 300-dən çox muzey iştirak edib.

Azərbaycan bu tədbirdə məşhur caz bəstəkarı və painoçusu, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin xatirə ev-muzeyi ilə təmsil olunur. Azərbaycan muzeyi festival ekspozisiyasına V.Mustafazadənin irsini - onun dünyanın aparıcı musiqiçiləri ilə şəkillərini, musiqi albomlarını, onun haqqında kitabları və sənədli filmləri təqdim edib.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Azərbaycanın ekspozisiyası ilə tanış olub. O, cazı sevdiyini qeyd edib. V.Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva V.Medinskini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından salamlayaraq ekspozisiya haqqında məlumat verib.

"Vaqif Mustafazadənin yaradıcılığı Rusiyada da yaxşı tanınır. Onun istedadının pərəstişkarları arasında Larisa Dolina, Oleq Qazmanov kimi məşhur ifaçılar var. Bakıya gələn əcnəbi qonaqların çoxu bizim muzeyə də baş çəkir" - A.Əliyeva bildirib.

Qeyd edək ki, Rusiya Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən "İntermuzey" sərgisi 1999-cu ildən keçirilir və bu müddət ərzində təcrübə mübadiləsi üçün tanınmış platformaya, böyük və kiçik muzeylərin nailiyyətlərini göstərməsi üçün imkana çevrilib.

Sərgi mayın 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi