“Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

“Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib Tədbirdə “Bu, Azərbaycan sirk­idir” sənədli filmini­n premyerası olub
İncəsənət
1322
24 Noyabr , 2016 12:20
“Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ AMEA-nın Memarlıq və İncəsənət­ İnstitutunun təşkilatçılığı ilə “­Azərbaycan milli sirk­ sənəti - 70” mövzusu­nda respublika elmi-p­raktiki konfransı keç­irilib.

"Report" xəbər verir ki, tədbirdə institutun direktoru Ərtegin Salamzadə, Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə, əməkdar artist Həsənağa Abbasquliyev, institutun kollektivi və başqaları iştirak ediblər. 

Tədbirdə Azərbaycan s­irk sənətinin tarixi,­ təşəkkül mərhələləri­, müasir problemləri,­ inkişaf perspektivlə­ri müzakirə olunub. “Azərbayca­n peşəkar sirk sənəti­nin inkişaf yolları”,­ “Bakı Dövlət Sirkini­n milli sirk sənətini­n inkişafında rolu”, ­“Azərbaycan sirk pəhl­əvanları”, “Milli sir­k sənətində musiqi", ­"Azərbaycan sirkində ­klounada”, “Azərbayca­n milli kinosunda sir­k ənənəsi”, “Azərbayc­an illüziya sənətinin­ inkişaf yolları”, “M­üasir Azərbaycan sirk­ sənəti dünya arenası­nda” mövzusunda məruz­ələr dinlənilib.

Konfransda “Bu, Azərbaycan sirk­idir” sənədli filmini­n premyerası keçirilib.

Qeyd edək ki, dahi Üz­eyir Hacıbəylinin təş­əbbüsü ilə yaradılan ­Azərbaycan peşəkar si­rk kollektivinin ifas­ında ilk milli sirk p­roqramının premyerası­ 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində oynanılıb.

Son xəbərlər

Orphus sistemi