Azərbaycan MDB ölkələrinin xalq musiqisi sərgisində təmsil olunur

Azərbaycan MDB ölkələrinin xalq musiqisi sərgisində təmsil olunur MDB ölkələri xalq yaradıcılığı və mədəni irsi ili çərçivəsində Moskva şəhərində “MDB ölkələri xalqlarının musiqi folkloru” adlı sərgi açılıb.
İncəsənət
25 Yanvar , 2022 18:33
Azərbaycan MDB ölkələrinin xalq musiqisi sərgisində təmsil olunur

Rusiyanın paytaxtı Moskvada xalq yaradıcılığı və mədəni irsi ili çərçivəsində “MDB ölkələri xalqlarının musiqi folkloru” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, Ümumrusiya Azərbaycanlılar Konqresi və bir sıra başqa milli diasporların da Rusiya Dövlət Kitabxanasında təşkil etdikləri tədbirdə Azərbaycan “Naz eləmə”, “Uzundərə” kimi məşhur xalq rəqsləri, habelə kitablarla təmsil olunub.

Tədbirdə nitq söyləyən Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Fedorov məqsədin müxtəlif xalqları bir-birinə yaxınlaşaraq qarşılıqlı tanıtmaq olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi