Azərbaycan beynəlxalq teatr festivalında iştirak edəcək

Azərbaycan beynəlxalq teatr festivalında iştirak edəcək Dağıstanda ilk Beynəlxalq Milli Teatr Festivalı keçiriləcək.
İncəsənət
9 Aprel , 2019 12:10
Azərbaycan beynəlxalq teatr festivalında iştirak edəcək

Dağıstanda ilk Beynəlxalq Milli Teatr Festivalı keçiriləcək.

Bu barədə "Report" "Derbent Portal"a istinadən xəbər verir.

Festivalda Azərbaycan, Rusiya və Qazaxıstandan, təqribən, 20 teatr iştirak edəcək.

Tədbir aprelin 22-dən 29-dək Mahaçqalada Rus Dram Teatrının səhnəsində, həmçinin İzberbaş və Dərbənd teatrlarında baş tutacaq.

Festivalın ilk tamaşası Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının "İtirilən gün", son nümayişi isə Azərbaycan Dövlət Dram Teatrının "Ölülər" tamaşası olacaq.

Son xəbərlər

Orphus sistemi