Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur

Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur Bakı. 10 may. REPORT.AZ/ Bu gün İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisinin açılışı keçirilib.
İncəsənət
662
10 May , 2018 16:35
Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Bu gün İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisinin açılışı keçirilib.  

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan sərgidə 32 kv.m.-lik xüsusi dizaynlı stendlə təmsil olunur.

Ekspozisiyada Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi haqqında müxtəlif nəşrlər, Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq yüksək bədii və poliqrafik keyfiyyətə malik kitablar, təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunur.

Ümumilikdə 200 adda 300 nüsxə nəşr məhsulu sərginin ilk günündən maraqla qarşılanıb.

Sərgi mayın 14-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi