Azərbaycan Avropa Şurasının ilk rəqəmsal incəsənət sərgisində təmsil olunur

Azərbaycan Avropa Şurasının ilk rəqəmsal incəsənət sərgisində təmsil olunur Avropa İnsan Hüquqları Konvensiyasının (ECHR) 70 illiyi münasibətilə Avropa Şurası tərəfindən keçirilən “Yaratmaq üçün azad ol – azad olmaq üçün yarat” (“Free to Creat – Create to be Free”) adlı rəqəmli incəsənət sərgisində Azərbaycan da təmsil olunur.
İncəsənət
105
9 Dekabr , 2021 19:51
Azərbaycan Avropa Şurasının ilk rəqəmsal incəsənət sərgisində təmsil olunur

Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının (ECHR) 70 illiyi münasibətilə Avropa Şurası tərəfindən keçirilən “Yaratmaq üçün azad ol – azad olmaq üçün yarat” (“Free to Creat – Create to be Free”) adlı rəqəmsal incəsənət sərgisində təmsil olunur.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgidə nümayiş üçün Mədəniyyət Nazirliyi ilə birgə Faiq Əhmədin “DNA” və Rəşad Mehdiyevin “Nəzər – ruhun əbədiyyəti” (“Glance – eternity of the Soul”) əsərləri seçilib.

Qurumun açıqlamasında göstərilir ki, mədəniyyət və yaradıcılıq sahəsinə mənfi təsir göstərən pandemiya böhranı bununla yanaşı insanları bir-birinə qovuşduran, onlara həyat eşqi bəxş edən incəsənətin əhəmiyyətini bir daha ortaya çıxarıb, sənətkarları tamaşaçıya doğru yeni, o cümlədən rəqəmsal yollar axtarıb tapmağa sövq edib.

Məhz bütün bunları nəzərə alan Avropa Şurasının Mədəniyyət, İrs, Landşaft Komitəsi 2020-ci ilin sonunda bu rəqəmsal sərginin konsepsiyasını hazırlayıb. Sərgidə Avropa Şurasının bütün üzv ölkələrinin iştirak etməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi