Avropa Kinosu Festivalının proqramı açıqlanıb

Avropa Kinosu Festivalının proqramı açıqlanıb Festivalda Azərbaycanı Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi "Qatil" filmi təmsil edəcək
İncəsənət
28 Oktyabr , 2015 11:59
Avropa Kinosu Festivalının proqramı açıqlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Park Cinema» kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil etdiyi və ənənəyə çevrilən Avropa Kinosu Festivalının builki proqramı müəyyənləşib.

"Report" xəbər verir ki, bu il festivalın fəxri qonaqları “Then it’s Hi! Hi! Hee!” filmi ilə Latviyadan VERHOUSTINSKIS ANDREJS, "Sonja and the Bull+" filmi ilə Xorvatiyadan Vorkapic Vlatka və Those Who Dare filmi ilə Estoniyadan Mr Kiur Aarma olacaq.

Festivalda iştirak edəcək ölkələr arasında Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsvec, Yunanıstan, Litva və Portuqaliya var.

Avropa Kinosu Festivalında Azərbaycanı Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi "Qatil" filmi təmsil edəcək. Festivalın açılışı "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində yerləşən "Park Cinema" kinoteatrında Belçika kinematoqrafçılarının "Turquaze" filminin nümaişi ilə baş tutacaq.

Bütövlükdə isə festival günlərində tamaşaçılara komediya, drama, fantastika, macəra janrında çəkilmiş bədii filmlərlə yanaşı, animasiya və sənədli fimlər də təqdim olunacaq. Filmlər "Park Cinema"nın bütün kinoteatrlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, oktyabrın 29-da Tusi Bohm Planitariumda Park Cinema kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi VI Avropa Film Festivalına dair mətbuat konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi