Arif Babayev evdə həkim nəzarəti altında müalicə olunur

Arif Babayev evdə həkim nəzarəti altında müalicə olunur "Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir".
İncəsənət
271
6 Yanvar , 2022 15:12
Arif Babayev evdə həkim nəzarəti altında müalicə olunur
Arif Babayev

"Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir".

Bunu "Report"a 83 yaşlı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində insult, beyinlə əlaqəli müalicə kursunu davam etdiririk. Yataq şəraitində deyil, arada açıq havaya çıxır, gəzir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır”.

Qeyd edək ki, A.Babayev bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə bağlı müalicə alıb.

Son xəbərlər

Orphus sistemi