"Amfibiya adam" vəfat edib

"Amfibiya adam" vəfat edib Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Vladimir Korenev vəfat edib.
İncəsənət
1528
2 Yanvar , 2021 16:43
Amfibiya adam vəfat edib
Vladimir Korenev

Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Vladimir Korenev vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Stanislavski adına Elektroteatrın (keçmiş adı Stanislavski adına Moskva Dram Teatrı) direktoru İrina Zolina bildirib.

Korenev bu filmə tələbə olarkən çəkilib.

Korenev keçmiş sovet vətəndaşlarının yadında “Amfibiya adam” filmindən qalıb. O, 1940-cı ildə Sevastopol şəhərində anadan olub.

Film Aleksandr Belyayevin eyni adlı fantastik əsəri əsasında çəkilib. Filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycan tamaşaçılar üçün ikiqat maraqlı olub. Çünki kütləvi səhnələrdə Bakı sakinləri də çəkilib.

Son xəbərlər

Orphus sistemi