Türkiyədə "Altın Koza" Festivalına hazırlıq başlayıb

Türkiyədə "Altın Koza" Festivalına hazırlıq başlayıb Festivalın münsiflər heyətinə professor Cahangir Novruzov da daxildir
İncəsənət
27 İyul , 2015 12:11
Türkiyədə Altın Koza Festivalına hazırlıq başlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin nüfuzlu Film Festivalı olan "Altın Koza" Festivalına  hazırlıq başlayıb.

"Report" xəbər verir ki, 22-ci Beynəlxalq "Altın Koza" Film Festivalının açılışı sentyabrın 14-də Adanada baş tutacaq.

Hazırda festivalın afişaları dərc edilib. Ən yaxşı afişa kimi rəssam Onur Aşkının hazırladığı əl işi 140 əsər arasından seçilərək təsdiqlənib.

Qeyd edək ki, "Altın Koza" Beynəlxalq Film Festivalı Türkiyənin ən nüfuzlu film festivalı sayılır. Hər il keçirilən festivalın münsiflər heyətinə həmyerlimiz, əməkdar incəsənət xadimi, Çukurova Universitetinin professoru Cahangir Novruzov da daxildir.  

Son xəbərlər

Orphus sistemi