Almaniyanın məşhur rejissoru “CinemaPlus Azerbaijan”ın qonağı olub

Almaniyanın məşhur rejissoru “CinemaPlus Azerbaijan”ın qonağı olub O, azərbaycanlı rejissorlar və müxbirlərlə görüşüb və film çəkilişi zamanı ortaya çıxan maneələri haqda məlumat verib
İncəsənət
2066
1 İyul , 2017 13:07
Almaniyanın məşhur rejissoru “CinemaPlus Azerbaijan”ın qonağı olub

Bakı. 1 iyul. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus Azerbaijan”da məşhur alman rejissor Veyt Helmerə həsr edilən master-klass və filmlərin nümayişi olub.

Bu barədə "Report"a “CinemaPlus Azerbaijan”ın mətbuat xidmətindən məlumat verilib.

Master-klass və filmlərin nümayişi zamanı V.Helmer azərbaycanlı rejissorlar və müxbirlərlə görüşüb, öz yaradıcılıq tərzininin xüsusiyyətlərini və film çəkilişi zamanı ortaya çıxan maneələri haqda məlumat verib. 

Qeyd edək ki, yazıçı, rejissor və produser Veit Helmer ilk filmini 14 yaşında çəkib. O, əsasən qısa filmləri ilə məşhurlaşıb. V.Helmer 1997-ci ildə Venesiyada premyerası olan Uim Vendersin “İşiğın hiyləsi” bədii filminin həmmüəllifidir.

Onun baş rolda Denis Lavantın oynadığı ilk bədii filmi “Tuvalu” San Sebastiyan, London, Berlin və Karlovi Vari da daxil olmaqla 62 festivala dəvət alıb.

Rejisorun üçüncü bədii filmi olan və çəkilişləri Azərbaycanda aparılan “Absurdistan”ın primyerası (2008) Sandensda baş tutub və müxtəlif festivalların mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi