Almaniyadan Azərbaycana "Baddi" adlı ayı balasının heykəli gətirilib

Almaniyadan Azərbaycana "Baddi" adlı ayı balasının heykəli gətirilib Almaniya səfiri: "Azərbaycanda və onun gözəl paytaxtı Bakıda özümü çox yaxşı hiss edirəm"
İncəsənət
3 Oktyabr , 2016 15:13
Almaniyadan Azərbaycana Baddi adlı ayı balasının heykəli gətirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Mən Azərbaycanda və onun gözəl paytaxtı Bakıda özümü çox yaxşı hiss edirəm".

"Report"un məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı yeni səfiri Mixael Kindsqrab Almaniyanın milli bayramı - Birlik Günü münasibəti ilə yaydığı video-çarxda deyib.

Səfir bildirib ki, Almaniyanın Birlik Günü bayramı ilə əlaqədar Bakıya Berlinin simvolu olan "Baddi" adlı ayı balasının heykəli gətirilib. Heykəl azərbaycanlı rəssamı Gülər Həşimova tərəfindən iki ölkənin bayraqları ilə boyanıb.

Səfir qeyd edib ki, bu heykəl Azərbaycanla Almaniya arasında bağlılığın simvolu olacaq və bu ölkənin Bakıdakı səfirliyi qarşısında qoyulacaq.

İkitərəfli əlaqələr barədə danışan səfir bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək. 

Son xəbərlər

Orphus sistemi