London. 6 yanvar. REPORT.AZ/ Əvvəllər Qarabağ kolleksiyası ilə tanınan alman modelyer Leoni Mergen özünün yeni kolleksiyasını yenidən Azərbaycana həsr edib.
“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Leoni Mergen yeni kolleksiyasını azərbaycanlı sənətkar Arif Əzizin yaradıcılığı əsasında yaradıb.
Onun yeni kolleksiyası bu ilin 17 fevral tarixində Böyük Britaniyanın paytaxtında, moda həftəsi çərçivəsində sərgilənəcək.
Gənc modelyerin Qarabağ regionunun ənənəvi geyimlərindən ilham alaraq yaratdığı kolleksiya artıq Avropanın bir sıra şəhərlərində, habelə London və Berlində nümayiş etdirilib. Atçılığın rəmzi kimi dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə olunan “Qarabağ kolleksiyası” Avropada böyük marağa səbəb olub.