Alim Qasımovun xaricdə verəcəyi konsertlərin siyahısı açıqlanıb

Alim Qasımovun xaricdə verəcəyi konsertlərin siyahısı açıqlanıb Dünya şöhrətli xanəndə aprelin 14-də Sinqapura gedir
İncəsənət
11 Aprel , 2016 19:58
Alim Qasımovun xaricdə verəcəyi konsertlərin siyahısı açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov aprelin 14-dən 19-dək Sinqapurda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə "Report"a xanəndənin prodüsseri Səadət Möhübova məlumatı verib.

Onun sözlərinə görə, respublikada baş verən son hadisələrdən sonra Alim Qasımov və Fərqanə Qasımovanın yaradıcılıq planlarında dəyişiklik edilib. Azərbaycanda baş tutacaq konsert və tədbirlərin vaxtı dəyişdirilib. Lakin xarici konsertlərin vaxtı olduğu kimi qalır.

Alim Qasımovun xaricdə verəcəyi ilk konsert Sinqapurda baş tutacaq. Alim Qasımov konsertdə tək çıxış edəcək.

Mayın 24-dən 27-dək Alim və Fərqanə Qasımovaların Almaniyada konsert proqramları keçiriləcək. İyulun 14-də isə dünya şöhrətli xanəndəmiz Londonda konsert proqramı ilə çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi