Bakı. 23 dekabr. REPORT.AZ/ Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova konsert proqramı ilə çıxış edib.
"Report" xəbər verir ki, “Əziz dost" adlı konsert Zirə Mədəniyyət Mərkəzində baş tutub.
Konserti muğamsevərlər, o cümlədən Xəzər və Pirallahı rayonlarında yaşayan kənd ağsaqqalları və gənclər izləyib.