Bakıda Aleksandr Soljenitsının portreti əsasında toxunmuş xalça təqdim edilib

Bakıda Aleksandr Soljenitsının portreti əsasında toxunmuş xalça təqdim edilib Xalça Tahir Salahovun eskizləri əsasında hazırlanıb
İncəsənət
106
24 Dekabr , 2014 16:24
Bakıda Aleksandr Soljenitsının portreti əsasında toxunmuş xalça təqdim edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün “Azər-İlmə” MMC-də xalq rəssamı Tahir Salahovun eskizləri əsasında hazırlanmış “Qırmızı təkər” xalçasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nobel mükafatı laureatı Aleksandr Soljenitsının portreti əsasında toxunmuş xalça istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən “Azər-İlmə” MMC-də hazırlanıb. Əsər Sovet dövrünün rəmzlərinə uyğun olaraq qırmızı ulduzlar, oraq və çəkiclə əhatələnib.

Ölçüsü 2,24x3,1 metr olan xalçada qəhvəyi və qırmızı, qara rənglərin müxtəlif çalarlarından istifadə edilib. Xalçada A.Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də öz əksini tapıb. Qara təsvirlə verilmiş ulduzlar isə repressiya dövründə söndürülmüş insan talelərinə işarədir.

Qeyd edək ki, artıq 15 ilə yaxındır ki, T.Salahovun əsərləri xalça üzərinə köçürülür.

“Qırmızı təkər” əsəri A.Soljenitsının anadan olmasının 95 illiyi münasibətilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi