Aktyor Vladimir Etuşun 95 illiyini qeyd edir

Aktyor Vladimir Etuşun 95 illiyini qeyd edir "Qafqaz əsiri" filmindəki yoldaş Saahov rolu aktyoru bütün Qafqaz regionunun milli qəhrəmanı edib
İncəsənət
6 May , 2017 10:37
Aktyor Vladimir Etuşun 95 illiyini qeyd edir

Bakı. 6 may. REPORT.AZ/ Sovet və Rusiya kinosunun aktyoru Vladimir Etuş 95 illiyini qeyd edir.

"Report" xəbər verir ki, V.Etuşun iki doğum günü var: faktiki və sənəddə göstərilən. O, 6 may 1922-ci il tarixində anadan olub, lakin valideynləri övladlarının hərbi xidmətə gec getməsi üçün onu bir il qeydiyyata aldırıblar.

Müharibə illərində o, cəbhədə döyüşüb və 1943-cü ildə ağır yaralandıqdan sonra ordu sıralarından tərxis olunub. V.Etuşun mükafat və medallarının sayı 40-dan çoxdur.

O, peşəkar aktyor təhsilini Şukin adına Teatr məktəbində alıb. V.Etuş geniş tamaşaçı auditoriyasına "Qafqaz əsiri" filmində yoldaş Saahovu, "İvan Vasilyeviç peşəsini dəyişir" filmində stomatoloq Şpakı, "12 stul"da mühəndis Brunsu canlandırmaqla tanınıb.

"Qafqaz əsiri" filmi aktyoru bütün Qafqaz regionunun milli qəhrəmanı edib.

Son xəbərlər

Orphus sistemi