Aktyor Çarli Şinin valideynləri Malibuda meşə yanğınları zamanı xilas edilib - VİDEO

Aktyor Çarli Şinin valideynləri Malibuda meşə yanğınları zamanı xilas edilib - VİDEO Bakı. 11 noyabr. REPORT.AZ/ Amerika aktyoru və Qızıl qlobus mükafatı laureatı Çarli Şin Kaliforniya ştatının meşə və şəhərlərini əhatə edən dəhşətli yanğınlardan sonra valideynlərini tapa bilmədiyini bildirib. Martin və Canet Şin Malibuda olublar.
İncəsənət
11 Noyabr , 2018 15:57
Aktyor Çarli Şinin valideynləri Malibuda meşə yanğınları zamanı xilas edilib - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ Amerika aktyoru və "Qızıl qlobus" mükafatı laureatı Çarli Şin Kaliforniya ştatının meşə və şəhərlərini əhatə edən dəhşətli yanğınlardan sonra valideynlərini tapa bilmədiyini bildirib. Martin və Canet Şin Malibuda olublar.

“Report” xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri yazıb.

Lakin jurnalistlər itkin düşən və sağ qalanlar haqqında məlumat toplaya biliblər. Məlum olub ki, Çarli Şinin valideynləri alova bürünən şəhərdən vaxtında xilas ediliblər və sağ qalıblar. Martin etiraf edib ki, bu, onun Malibuda yaşadığı 48 il ərzində ən dəhşətli yanğındır.

Son xəbərlər

Orphus sistemi