Bakıda Cakomo Puççininin “Boqema” operası göstəriləcək

Bakıda Cakomo Puççininin “Boqema” operası göstəriləcək Opera Ukrayna, Belarus və yerli vokal ustalarının ifasında oynanılacaq
İncəsənət
2050
3 İyun , 2016 03:58
Bakıda Cakomo Puççininin “Boqema” operası göstəriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Teatr mövsümünün son ayına qədəm qoyan Opera və Balet Teatrında iyun ayı ərzində sənətsevərlərə bir neçə maraqlı tamaşa təqdim olunacaq.

Akademik Opera və Balet Teatrından "Report"a daxil olan xəbərə görə, iyunun 11-də Ukrayna, Belarus və yerli vokal ustalarının ifasında tamaşaçılara Cakomo Puççininin “Boqema” operası göstəriləcək.

Ukrayna Milli Operasının solisti, xalq artisti Olqa Naqornaya bu tamaşada əsas partiyalardan birini - Mimi partiyasını, Belorus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov isə Marsel rolunda çıxış edəcək.

Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər Fərid Əliyev (Rudolf), İnarə Babayeva (Müzetta), Anton Ferştandt (Kollen), solistlərdən Tural Ağasıyev (Şonar), Firuz Məmmədov (Benua) və Fəhmin Əhmədli (Parpinol) də rol alıblar.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi