Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir

Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir Hər iki əsər yeni mövsümdə tamaşaçılara təqdim ediləcək
İncəsənət
16 İyun , 2015 17:46
Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir.

"Report" xəbər verir ki, rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanov və Mehriban Ələkbərzadə teatrın səhnəsində yeni əsərlərə quruluş verirlər.

Mehriban Ələkbərzadə Qriqori Qorinin "Herostratı unudun" əsərini hazırlayır. Tamaşanın məşqləri davam edir. Rolları, xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Elşən Rüstəmov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, aktyorlar Hikmət Rəhimov, Vüsal Mustafayev və başqaları oynayacaq. 

Xatırladaq ki, bu əsərə bir müddət əvvəl Türkiyədə yaşayan həmyerlimiz, rejissor Cahangir Novruzov da, quruluş verib və tamaşa Türkiyə səhnəsində uğurla nümayiş edilib.

Milli Dram Teatrında hazırlanan ikinci tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Hüseynbala Mirələmovun "Mərhumun mesajı" adlı əsərini hazırlayan rejissor tamaşanı yaxın vaxtlarda təhvil verməyi düşünür.

Tamaşada rolları xalq artisti Ramiz Məlik, əməkdar artistlər Şəlalə Şahvələd qızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları ifa edəcək. Tamaşa sentyabrda təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi