Ağsuda Şeyx Dursun türbəsinin bərpasına başlanılıb - VİDEO

Ağsuda Şeyx Dursun türbəsinin bərpasına başlanılıb - VİDEO Ağsu. 25 iyul. REPORT.AZ/ Ağsu rayonunda yerləşən Şeyx Dursun türbəsi bərpa edilir.
İncəsənət
108
25 İyul , 2018 12:10
Ağsuda Şeyx Dursun türbəsinin bərpasına başlanılıb - VİDEO
Report
0 : 00
0 : 00

Ağsu. 25 iyul. REPORT.AZ/ Ağsu rayonunda yerləşən Şeyx Dursun türbəsi bərpa edilir.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, bu məqsədlə iyulun 23-dən Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya, mədəniyyət və cəmiyyət” layihəsi çərçivəsində “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mədəni irsin bərpası kursu başlayıb. Kursun məqsədi kimya da daxil olmaqla, nəzəri əsaslarla praktiki bacarıqlara sahib olmaq, iştirakçının daş materiallar və əsərlərin bərpasına əhəmiyyətli dərəcədə töhfə vermək, çoxtərəfli yanaşma əsasında müvafiq konservasiya işləri aparmaqdır.

YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Asossiasiyasının mədəni irsin bərpası üzrə mütəxəsisləri Romana Albini və Laura Rivaroli, eləcə də mədəni irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia kursun nəzəri hissəsində mühazirə oxuyub, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Həbibə Əliyeva Şeyx Dursun türbəsinin tarixi və epiqrafikasından bəhs ediblər. Mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile and Marko İlari kursun iştirakçılarına qumatan maşınla Şeyx Dursun türbəsinin səthi üzərində təcrübə keçiblər. Kursa Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən iştirakçılarla yanaşı, Rusiyadan da (Anna Mordanova) qatılım olub.

Türbənin bərpa işləri Romana Albininin rəhbərliyi ilə avqust ayında da davam etdiriləcək. İşlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Şeyx Dursun türbəsi müasir Ağsu şəhəri qəbiristanlığında yerləşir. XIV əsr xəlvətilik sufi məktəbinin simvoludur. Padar Əhmədin oğlu Şeyx Dursun 1399-cu ildə vəfat etdikdən sonra onun qəbiri üzərində bu xatirə abidəsi - türbə inşa edilib. Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə eyniyyət təşkil edir. Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi qazıntı işləri zamanı üzə çıxan qalıqlardan anlaşılır.

Son xəbərlər

Orphus sistemi