Ağdam Xalçaçılıq Fabriki fəaliyyətini dayandırıb

Ağdam Xalçaçılıq Fabriki fəaliyyətini dayandırıb Buna səbəb Bərdə xalçaçılıq sexində müvəqqəti məskunlaşan məcburi-köçkünlərin yeni mənzillərə köçürülməsidir
İncəsənət
2 İyul , 2015 12:31
Ağdam Xalçaçılıq Fabriki fəaliyyətini dayandırıb

Bakı. 2 iyul. REPORT.AZ/ Ağdamın işğalından sonra uzun illərdir ki, fəaliyyətini Bərdə xalçaçılıq sexində davam etdirən qədim toxuculuq fabriki bağlanıb. Bu barədə "Report"a "Ağdam Xalçaçılıq" İstehsalat Birliyinin rəhbəri Ceyran Əliyeva məlumat verib.

Onun sözlərinə görə, toxuculuq müəssisəsinin bağlanmasına səbəb Bərdə xalçaçılıq sexində müvəqqəti məskunlaşan məcburi-köçkünlərin yeni mənzillərə köçürülməsidir: "20 ildən çoxdur ki, bir necə işçi ilə fəaliyyət göstərirdik. Toxucular yeni qəsəbələrə köçürüldüyündən fabrikdə işçi problemi yarandı. Bu sahə böyük zəhmət tələb etdiyindən və əmək haqqı da az olduğundan yeni işçilər tapmaq mümkün olmadı".

C.Əliyeva qeyd edib ki, Ağdamın Quzanlı qəsəbəsində Qarabağ xalçalarının istehsal olunacağı sexin tikilməsi nəzərdə tutulub.

Qeyd edək ki, əvvəllər Qarabağ xalçaları Ağdam Xalçaçılıq Fabrikində, həmçinin onun Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda və digər rayonlardakı filiallarında toxunub.

Son xəbərlər

Orphus sistemi