Ağdam Teatrında yeni tamaşanın premyerası olacaq

Ağdam Teatrında yeni tamaşanın premyerası olacaq Tamaşada əsas rollarıdan birini ifa etmək üçün aktyor Natiq Fərzəliyev Ağdam Teatrına dəvət olunub
İncəsənət
18 Fevral , 2015 11:55
Ağdam Teatrında yeni tamaşanın premyerası olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 20-də Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında premyera olacaq. Teatrın yeni təyin edilmiş baş rejissoru Sərvər Əliyevin quruluşunda Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" komediyasının ilk tamaşası Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət Sarayında nümayiş etdiriləcək.

Bu barədə "Report"a teatrın baş rejissoru Sərvər Əliyev məlumat verib.

Qeyd edək ki, tamaşada teatrın aktyorları Cəmilə Məmmədzadə, Suliddin Quliyev, Afəridə Sabirqızı, Elşən Cavadov, Qalib Abdullazadə çıxış edir.

Tamaşada əsas rollardan birini ifa etmək üçün aktyor Natiq Fərzəliyev Ağdam Teatrına dəvət olunub.

Son xəbərlər

Orphus sistemi