Ağdam teatrında "Qaçaq qocalar" tamaşasının premyerası olub

Ağdam teatrında "Qaçaq qocalar" tamaşasının premyerası olub Teatrda Xocalı faciəsinə həsr olunan yeni tamaşa hazırlanır
İncəsənət
12 Dekabr , 2015 17:35
Ağdam teatrında Qaçaq qocalar tamaşasının premyerası olub

Bakı. 12 dekabr. REPORT.AZ/ Əbrürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşasının premyerası keçirilib.

Bu barədə "Report"a teatrın direktoru Məhəmməd Hüseynov məlumat verib.

O qeyd edib ki, Ağdamın Quzanlı qəsəbəsindəki Mədəniyyət evində fəaliyyət göstərən teatr cəbhə bölgəsində yerləşdiyindən sərhədyanı kəndlərdə tamaşalar nümayiş etdirir:

"1993-cü ildən sonra teatrımızın işi əvvəlki axarı ilə davam etməsə də, fəaliyyətimizi dayandırmırıq. Hər il 4 yeni tamaşa hazırlayırıq. Bir neçə gün əvvəl Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşasının premyerasını etdik. Əsər tamaşaçıların marağına səbəb oldu. Hazırda teatrımızda Xocalı faciəsi ilə bağlı yeni tamaşa hazırlanır". 

M.Hüseynov bildirib ki, teatr Quzanlıda fəaliyyətini normal şəkildə davam etdirir: "Teatrın yerləşdiyi Mədəniyyət evinin binası əsaslı təmir olunub. Tamaşalarımızı həm teatrın binasında, həm də teatrdan kənarda oynaya bilirik".

Son xəbərlər

Orphus sistemi